Erməni əsgər güllələndi

Erməni əsgər güllələndi
00:31 13 Yanvar 2015
244 Ölkə
Ölkə mətbuatı
A- A+

İşğalçı Ermənistan Müdafiə Nazirliyi bir erməni əsgərinin yaralandığı barədə xəbər yayıb.

ANS PRESS-in məlumatına görə, erməni tərəfi iddia edib ki, 23 yaşlı Misak Armenoviç Akopyan cəbhədə baş verən atışma zamanı yaralanıb.

“Yanvarın 12-də saat 16 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan atışma zamanı güllə yarası alıb”.

Qeyd edək ki, son günlər Ermənistanın rəsmi qurumları davamlı olaraq cəbhə xəttində atışmaların getdiyi və tərəflərin itki verdiyi barədə məlumatlar yayır. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edərək, bunu ermənilərin növbəti yalanı olduğunu bəyan edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=319291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR