Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tullantıların daşınması üzrə satın alınma elan edir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərazisində ümumi (məişət, istismar, təhlükəli tullantılar) tullantıların daşınması və zərərsizləşdirilməsinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 04 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 07 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 09 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR