6100 nəfər özünüməşğulluq proqramı üzrə təlim kurslarına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı üzrə bu ilin ötən dövründə artıq 6100 nəfər işaxtaran və işsiz şəxs təlim kurslarına cəlb olunub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, təlim kurslarında Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən kiçik biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlar öyrədilir. Kursları başa vuranların biznes-planlarının müəyyən olunmuş meyarlar (biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya) əsasında qiymətləndirilməsi həyata keçirilir. Bu günədək kursları bitirənlərdən artıq 4800 şəxsin biznes-planları uğurlu hesab edilib.

Həmin şəxslərin biznes-planları üzrə kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin edilməsinə hazırlıq işləri aparılır.

Hazırda işaxtaran və işsiz şəxs təlim kurslarına cəlb olunması və biznes-planların qiymətləndirilməsi işləri davam etdirilir.

Xatırladaq ki, bu il 7 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının qurulması planlaşdırılıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR