"Zirə" klubuna yeni baş məşqçi təyin olunub

"Zirə" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Metbuat.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Samir Abasova həvalə olunub.

Gənc mütəxəssislə mövsüm sonuna kimi müqavilə bağlanılıb. O, yeni komandasında Ayxan Abbasovu əvəzləyib.

Qeyd edək ki, Samir Abasovun əvvəlki iş yeri ötən mövsümün son turunda məhz "Zirə"yə 1:2 hesablı məğlubiyyətdən sonra istefa verdiyi "Sumqayıt" olub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR