Tovuzda 37 yaşlı kişini döyüb çənəsini sındırıblar

Tovuz rayonunda döyülmə hadisəsi baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Quliyev Əvəz Eyvaz oğlu naməlum şəxs tərəfindən döyülüb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Ə.Quliyevin alt çənəsi döyülərək sındırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR