Türkiyə, İran, Rusiya liderlərinin zirvə görüşünün yeri dəyişdirildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin Suriya ilə bağlı keçiriləcək zirvə görüşünün yeri dəyişib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin deyib. Onun sözlərinə görə, Təbrizdə keçirilməsi gözlənilən görüş Tehranda keçiriləcək. Daha əvvəl liderlərin sentyabrın 7-də Təbrizdə görüşəcəyi deyilirdi.

Qeyd edək ki, Türkiyə, İran və Rusiya liderlərinin Suriya məsələsilə bağlı görüşləri daha əvvəl Soçi və Ankarada təşkil edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR