Lerikdəki zəlzələ nəticəsində 130 ev və 5 məktəbdə çatlar yaranıb

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 130 evdə çatlar əmələ gəlib.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı çatlar yaranan evlərə baxış keçirilib: "Hadisə nəticəsində 130 ev, 5 orta məktəb, 1 mədəniyyət evi və 1 xəstəxanada çatlar yaranıb. Məsələ ilə bağlı akt tərtib edilib və aidiyyəti qurumlara təqdim edilib".

H. Məlikov qeyd edib ki, yaranan çatlar təhlükəli olmadığından ailələr evlərindən təxliyə olunmayıb.

Bundan əvvəl 40-a yaxın evdə çatların yarandığı bildirilirdi.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Günün qoroskopu - İmkan düşdükcə imicinizi yaxşılaşdırın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR