37 yaşlı Mingəçevir sakini Bakıda bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Qarayev Aydın Gəray oğlu Xətai rayonu, Sarayevo küçəsi, 13 ünvanınında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

A.Qarayev koma vəziyyətində olduğundan onun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələ mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Günün qoroskopu - İmkan düşdükcə imicinizi yaxşılaşdırın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR