Trampla bağlı yeni iddia - “Verdiyi sözə əməl etmədi”

Amerikanın “Vox” xəbər saytınnda dərc olunan yazıda ABŞ prezidenti Donald Trampla bağlı iddia irəli sürülüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yazıda deyilir ki, iyunda Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşən ABŞ prezidenti Donald Tramp, Koreya müharibəsini qanuni olaraq bitirəcək sülh müqaviləsini imzalamağa söz verib. Tramp imzalanmanı zirvə görüşdən dərhal sonra edəcəyinə söz versə də, iki ay keçməsinə baxmayaraq, hələ də sözünün üstündə dayanmayıb.

Yazıda deyilir ki, Pxenyan rəhbərliyi Trampın hərəkətindən xəyal qırıqlığı yaşadığı üçün nüvə silahından azad edilmək məsələsinə istəksiz yanaşır. İddia ilə bağlı Ağ Evdən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR