Ərdoğan Zəfər bayramına görə xalqı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramı ilə bağlı Tvitter sosial şəbəkəsindəki rəsmi səhifəsində təbrik statusu yazıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı statusunda deyir:

“Millətimizin 30 avqust Zəfər bayramını təbrik edirəm. Bizlərə bu Zəfəri yaşadan Qazi Mustafa Kamal Atatürkü və ordumuzun bütün üzvlərini rəhmətlə, təzimlə, minnətdarlıqla yad edirəm. Şəhidlərimizə və qazilərimizə Allahdan rəhmət diləyirəm”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR