17 yaşlı qızı qaçıranlar YAXALANDI - 12 şübhəli var / VİDEO

Mərakeşdə qaçırılan 17 yaşlı Xədicə adlı qıza qarşı zorakılıqla günahlandırılan 12 şübhəli saxlanılıb.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, 17 yaşlı uşaq ötən həftə televiziyaya çıxaraq, başından gələnləri danışıb. Bədənindəki yara izləri, siqaret yanıqları göstərərək, “Həyatımı məhv etdilər. Onları heç vaxt bağışlamayacam”-deyib. Hadisə ölkədə böyük qəzəbə səbəb olub.

Xədicə işgəncələrə məruz qaldığını, ac və susuz saxlanıldığını bildirib.

Qeyd edək ki, saxlanılan 12 şübhəlinin yaşlarının 18 ilə 27 arasında dəyişdiyi bildirilib. Şübhəlilərlə bağlı cinayət işi açılıb.

https://metbuat.az/news/1015387/basina-zencirle-30...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR