DİN Bakı sakininin arvadını və qaynanasını bıçaqlaması barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər sakininin arvadını və qaynanasını bıçaqlaması barədə məlumat yayıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Fəxmidə orada ölüb, Leylanın vəziyyəti isə ağırdır.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılılıb.

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR