Sərxan Kərəmoğlunun verilişini ona verdilər

Sərxan Kərəmoğlunun aparıcılığı ilə Lider Televiziyasında yayımlanan "Xoş gəldin" verilişini idarə edəcək şəxs bəlli olub.

Metbuat.az yenicag.az-a istinadən bildirir ki, Kərəmoğlunun aparıcılığı ilə efirə gedən "Xoş gəldin" verilişi gələn həftənin çərşənbə axşamından etibarən həftə içi beş gün canlı yayımlanacaq. Telekanalın rəhbəri verilişi aşıq Namiq Fərhadoğluna həvalə edib. Verilişin formatı isə dəyişməyəcək.

Sayta açıqlama verən Namiq Fərhadoğlu xəbəri təsdiqləyib.

Xatırladaq ki, Mətanət Əsədova ilə qalmaqal yaşadıqdan sonra Sərxan Kərəmoğlu sözügedən verilişdən uzaqlaşdırılıb.

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR