Rusiyadan Türkiyəni sevindirəcək xəbər - “Görüşlərin payızda aparılması planlaşdırılır”

RusiyaTürkiyənin bəzi kateqoriyadan olan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsilə bağlı danışıqların payızda aparılması planlaşdırılır”.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Viza müzakirələri üçün ən uyğun olanı konsulluq məsələlərindən məsul olan mütəxəssislərin ikitərəfli danışıq aparmalıdır. Mütəxəssislər görüşün payızda keçirilməsini planlaşdırır”.

Zaxarova, Rusiya və Türkiyə xarici işlər nazirlərinin danışıqlar nəticəsində müxtəlif kateqoriyadan olan vətəndaşlar üçün qarşılıqlı olaraq səyahət rejiminin sadələşdirilməsilə əlaqədar müqavilələrin reallaşdırılması mexanizminin yaradılmasına qərar verdiklərini xatırladıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR