Atraksiondan düşən turistin faciəvi ölüm anı

Türkiyənin Kocaeli şəhərində yerləşən əyləncə parkında ölüm hadisəsi qeydə alınıb.

Metbuat.az yeniçağ.az-a istinadən xəbər verir ki, atraksiondan istifadə edən Əlcəzair əsilli qadın yerə düşüb.

Faciəvi şəkildə ölən qadının təhlükəsizlik kəmərindən düzgün şəkildə istifadə etmədiyi məlum olub.

Qeyd edək ki, 18 metrdən düşən qadının ölümündən sonra sözügedən parkda istifadə edilən atraksionun lisenziyası olmadığı üzə çıxıb. Bu səbəbdən əyləncə parkı möhürlənib.

Onu da qeyd edək ki, həlak olan qadının Türkiyəyə turist kimi gəldiyi bildirilir.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR