Şəkidə qızıl axtaran 3 nəfər tutuldu - Biri iranlıdır

Bakı şəhər sakini Sahil Abuşov, İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev Şəki rayonunun Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəliblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a-a verilən məlumata görə, asan olsun deyə, S.Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib.

M. Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daşüz kəndində “Səbətli” adlanan ərazidə traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki ŞRPŞ əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar.

Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR