Azərbaycanlının təsbeh kolleksiyası (VİDEO)

Azərbaycanlının təsbeh kolleksiyası (VİDEO)
01:16 13 Yanvar 2015
406 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda vətəndaşın 357 ədəd təsbehdən ibarət kolleksiyası var.

ANS TV-nin məlumatına görə, Yasən dayının adı kimi maraqlı bir hobbisi var. O, təsbeh yığmaqla məşquldu.

“Maraqlı təsbeh və pul kolleksiyam var. Hazırda Ukrayna, eyni zamanda Fələstinin və Azərbaycanın bayrağından təsbehlərim var. Eləcə də Gürcüstandan gətirilən təsbehlər də var”, – deyə kolleksioner Yasən Bədəlov bildirib.

Onun nə az nə çox, düz 357 ədəd təsbehdən ibarət olan kolleksiyasi var. Hər kim ki, xaricə gedir, mütləq kolleksioner üçün təsbeh gətirir. Müxtəlif ölkələrdən, müxtəlif forma və rəngdə olan bu təsbehlərin Yasən dayının sözlərinə görə, öz tarixçəsi var. Təsbehlərin bir qismi həbsxanada yatan düstaqlar tərəfindən düzəldilib. Hətta evin küncündə bəzi təsbehlər üçün xüsusi yer də hazırlanıb. Misal üçün, daş-qaşlı təsbehi kolleksioner xaricdə bir ərəblə dəyişib.

“Mənə o vaxt bir ərəb, diş həkimim verib. Daha doğrusu ərəb bunu mənə vermirdi dəyişmişik. Belə ki, bizim təsbehlərdən birini vermişəm ona, əvəzində bunu almışam”, – deyə kolleksioner Yasən Bədəlov vurğulayıb.

Kolleksiyanın içərisində qəribə təsbehlərə də rast gəlmək olar - təsbehin içi həşaratlardan ibarətdir. Bu qəribə kolleksiyada saat batareyalarından da düzəldilən təsbeh görə bilərsiniz. Kolleksioner deyir ki, xoşladığı təsbehlər sırasında Azərbaycan bayrağı yer alır. Kolleksionerin bu maraqlı məşquliyyətilə bağlı arzusu da var.

“Arzum odur ki, qızıldan bir təsbehim olsun. Eyni zamanda ömür yetsə, təsbehlərin sayını 357-dən 500-ə çatdırımaq istəyirəm. Daha sonra təsbehləri hər bir kəsə hədiyyə verərəm”, – deyə kolleksioner Yasən Bədəlov qeyd edib.

Biz isə kolleksionerə öz arzusuna çatmağı, kolleksiyasının isə bir az da böyüməsini arzu edirik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR