Azərbaycan UEFA reytinqində xallarını artırıb - CƏDVƏL

Avropa kuboklarında "play-off" mərhələsinin yekununa əsasən, UEFA-nın yeni reytinqi açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan aktivindəki xallarını 18,500-ə yüksəldib.

Bu, "Qarabağ"ın Avropa Liqasının "play-off" mərhələsinin cavab oyununda Moldova "Şerif"i üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə 0,250 xal əlavə edən Azərbaycan yenə 26-cı pillədə yer alsa da, irəliləmək imkanına malikdir. 18,625 xalla 25-ci pillədə olan İsrail və 19,250 xalla 22-ci yerdə gedən Polşanın avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdir ki, "Qarabağ" Avroliqanın qrup mərhələsində xallar qazana bilsə, bu iki ölkəni də geridə qoymaq mümkün olacaq.

Ulduz falı - 31 avqust - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR