Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.

Metbuat.az report.az-a istinadən verir ki, ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 53 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

Ulduz falı - 31 avqust - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR