Makron Türkiyə və Rusiya ilə əlaqələrdən danışdı

Fransa prezidenti Emmanuel Makron Finlandiyanın paytaxtı Helsinkidə prezident Sauli Niinisto ilə birgə mətbuat konfransı təşkil edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Niinisto ilə görüşündə Rusiya məsələsinin də müzakirə olunduğunu bildirən Makron deyib ki, AB və Rusiya arasındakı əlaqələri yenidən nəzərdən keçirmək lazımdır.

“AB və Rusiya arasında kiber təhlükəsizlik, müdafiə və strateji tərəfdaşlıq mövzusunda yeni bir viziona ehtiyac var. Rusiya bununla bağlı bir çox işlər görməlidir. Strateji vizionumuz, ən yaxın qonşularımızla müdafiə sahəsində strateji ortaqlığa sahib olmaq olmalıdır. Türkiyə və Rusiya ilə olan əlaqəmizə gəldikdə, uzun zaman ərzində Avropa Birliyi ilə əlaqələri sabitliyə qovuşduracaq. Bu, əlaqələrdə daha çox güc və davamlılığı təmin edəcək strateji ortaqlığa sahib olmaqdır”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR