Bakıda 28 yaşlı oğlan yaşadığı binanın qarşısında bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə avqustun 31-i gecə saat 03 radələrində paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Usub oğlu Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kkiniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR