"Tualet təmizləməyin, vətəninizə qayıdın" - Prezidentdən ÇAĞIRIŞ

Venesuela Prezidenti Nikolas Maduro iqtisadi böhran səbəbilə ölkəni tərk edən vətəndaşlarına müraciət edib.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, canlı yayımda danışan prezident miqrant böhranına görə, bölgədəki sağçı hökumətləri günahkar bilib.

O bildirib ki, müxalifət ölkəni tərk edin siqnalı verir və bəzi ölkələrdəki sağçı hökumətlər də onlara "gəlin" deyir. İndi də qaçqınlar "bizə zülm edirlər, bizə qarşı ayrı-seçkilik edirlər" deyə şikayətlənirlər. Çoxu buradakı evlərini və maşınlarını satıb Kolumbiyanın bəzi bölgələrinə gedib orada qula çevrildilər.

"Xaricdə tualet təmizləməyi buraxın, gəlib vətəninizdə yaşayın"- deyə Madura əlavə edib.

Qeyd edək ki, "Reuters" xəbər agentliyi bir milyon venesuellalının Kolumbiyaya köç etdiyini bildirib. Peruya gedənlərin sayı isə 400 mindən çoxdur.

Aysel Yaqubqızı / Metbuat.az

Türkiyədən acı xəbər - ŞƏHİDLƏR VAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR