İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib.

Məktubda deyilir: "İosif Davıdoviç Kobzonun vəfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, İosif Davıdoviçin bütün doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm.

Ustad müğənni, görkəmli ictimai-siyasi xadim İosif Kobzonun adı sovet və Rusiya mədəniyyətinin şanlı salnaməsinə əbədi daxil olub. Onun yüksək şövqlə oxuduğu mahnılar neçə-neçə nəsillərin qəlbində xüsusi yer tutur.

Çoxşaxəli istedadı, bənzərsiz səsi və fitri musiqi duyumu sayəsində İosif Kobzon bütöv bir dövrün rəmzinə çevrilib. Dövlət Dumasında məsul vəzifə tutarkən o, mədəni irsin qorunub saxlanmasına və zənginləşməsinə fəal kömək edirdi.

İosif Kobzon Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına, mehriban münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının “Şöhrət” və “Dostluq” ordenləri ilə, həmçinin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

Bu ağır itki ilə əlaqədar sizin dərdinizə səmimi qəlbdən şərik olduğumu və sizinlə bərabər kədərləndiyimi bildirirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR