Avara və dilənçilər paytaxtdan yığışdırılır (VİDEO)

Avara və dilənçilər paytaxtdan yığışdırılır (VİDEO)
01:26 13 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Dilənçilər sürücülərin diqqətini yayındırır və qəza şəraiti yaradır.

ANS TV-nin məlumatına görə, 2015-ci il Avropa Oyunları ilə əlaqədar olaraq Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi qabaqlayıcı tədbirlərə başlayıb. Hər gün dilənçi və avaraçılıqla məşğul olan şəxs saxlanılaraq qeydiyyatda olduqları rayona göndərilirlər.

“Onların hərəkət hissəsinə çıxmaqla dilənmək və yaxud xoşagəlməz faktorlara yol verməsi, eyni zamanda vizit kart paylamaq əlbəttə sürüçülərin diqqətinin yayındırır ki, bu da yol nəqliyyat hadisələrini yaranmasına səbəb olur. Xüsusilə işiqforların quraşdırıldığı ərazilərdə dilənçilərin də dayanması, bəzən nəqliyyat sıxlığının yaranmasına da səbəb olur. Bunun da qarşısı mütləq alınacaqdır” – deyə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=319287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR