Avropanın ilk sualtı RESTORANI - İNANILMAZ / FOTOLAR

Avropanın ilk su altı restoranı olacağı bildirilən “Under” Norveçdə yerləşir.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, layihənin 2019-cu ilin əvvələrində bitəcəyi bildirilib.

Norveçin Baly kəndində qurulan restoran qeyri-adi konsepsiyası ilə diqqət çəkir. Bu məkan restoran olaraq fəaliyyət göstərsə də, eyni zamanda dəniz həyatının incələndiyi bir araşdırma mərkəzidir.

Tək parça daşdan inşa edilən bu quruluşun kənar divarları təxminən bir metr qalınlığındadır. Restoran dəniz səviyyəsindən 5 metr aşağıda yerləşir.

Restoranın 11 metr genişlikdə və 4 metr uzunluğundakı nəhəng pəncərəsi dəniz altı həyatını gözlər önünə sərir. Bura 100 nəfərlik bir qrupu eyni anda qəbul edə biləcək.

Bu məkana “inci” adının verilməsi də düşünülür. Under ingiliscə “altında” mənasını verir, Norveç dilində isə “maraq etmək” mənasını daşıyır.

Avrupa'nın ilk Su Altı Restoranı: Under

Avrupa'nın ilk Su Altı Restoranı: Under

Avrupa'nın ilk Su Altı Restoranı: Under

Avrupa'nın ilk Su Altı Restoranı: Under

https://metbuat.az/news/1016939/ombasindaki-sise-g...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR