Bakı 2019 UEFA Avropa Liqasının loqosu təqdim olunub

Bakı 2019 UEFA Avropa Liqasının loqosu təqdim olunub.

Metbuat.az AFFA-nın saytına istinadən məlumat verir ki, qurumun baş katibi Elxan Məmmədov bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimindən öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verib.

O qeyd edib ki, nüfuzuna görə 2-ci ən böyük klublararası futbol turnirinin – UEFA Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil:

"2012-ci ildə FIFA U-17 qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə UEFA U-17 Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, UEFA Avropa Liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya Stadionu üçün möhtəşəm bir ilkdir. Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Prezident cənab İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir. İnanırıq ki, Bakıda keçiriləcək final oyunu UEFA Avropa Liqası turnirinin indiyə qədər keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacaq.

UEFA Avropa Liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasimi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təmsilçimiz “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu bizim böyük arzumuzdur. Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidilə Avropa Liqasının bu mövsümünü daha fərqli həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər. Bakı şəhərinin gözəlliyini görmək, Bakı Olimpiya Stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindir”.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR