Dünyanın ən varlı ADAMI - Saatına 4,4 milyon dollar qazanır / FOTOLAR

"Facebook", "Amazon", "Twitter" kimi platformalar son dövrdə təkcə texnologiya dünyasına deyil, maliyyə bazarına da damğa vurub. Həmin şirkətlər rəhbərlərinə sərvət qazandırmağa davam edir.

"Twitter"in İcraçı Direktoru Cek Dorsi saatda 205 min dollar qazanır.

"Microsoft"un qurucusu Bill Geyts hər saatda 456 min dollar, "Tesla" və "Spacex"in rəhbəri Musk 684 min dollar, "Google"un qurucularından Larri Peyc hər saatda 924 min dollar, Sosial Media nəhəngi, "Facebook"un qurucusu Mark Zukerberq isə 1,7 milyon dollar qazanır.

Siyahının ən yüksək pilləsində isə onlayın alış-veriş saytı "Amazon"un rəhbəri Ceff Bezos dayanır.

Ceff Bezos 12 yanvar 1964-cü ildə Nyu-Meksiko ştatının Albukerke şəhərində dünyaya gəlib. Ceff gənc yaşlarında olarkən ailəsi Mayamiyə köçür. Prinston Universitetində elektron mühəndisliyi üzrə təhsil alır. Universiteti bitirənə yaxın, Ceff proqramçı kimi çalışmağa başlayır. O, ilk işinə "Fitel" firmasında başlayıb. 1990-cı ildə D.E Shaw Hedge Fon şirkətində müdir müavini olaraq işinə davam edib. 1993-cü ildə isə orada tanış olduğu katibəsi ilə evlənib. "Amazon"u layihə olaraq şirkətə təqdim edən Bezos rədd cavabı alınca istefa verib.

Ancaq fikrindən dönməyib. O, "Amazon"u 1995-ci ildə internet üzərindən kitab satmaq məqsədilə qurub. Saytın adının lüğətdən götürdüyünü bildirən Ceff eyni zamanda Amazon meşələri səbəbilə bu adın yadda qalacağına əmin olduğunu dəfələrlə açıqlayıb.

Amerikalı sahibkar 2000-ci ildə “Blue Origin” şəxsi aerokosmik şirkətini yaratmış və hazırda bu şirkətin rəhbəri vəzifəsində işləyir. O, saatına 4,4 milyon dollar qazanır.

Aysel Yaqubqızı / Metbuat.az

Ombasındakı şişə görə həkimə getdi - Çıxanlara İNANMADILAR / FOTOLAR



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR