Bakıda itlə parka gələnlər 50 manat cərimələnəcək

Bakıda sakinlərin itlərlə istirahət parklarına girişinin qadağan olunması barədə xəbərdarlıq elanları yerləşdirilib.

Metbuat.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, şəhərin bir çox parklarında bununla bağlı elanlar vurulub.

Sakinlərə xəbərdarlıq edilir ki, qazona girmək və parka itlə giriş qadağandır. Əks təqdirsə, qadağanı pozanlar 50 manat məbləğində cərimə olunacaq.

Qeyd edək ki, istirahət vaxtı itlərin parklara gətirilməsi dəfələrlə yerli sakinlərin narazılığına səbəb olub.








Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR