Rusiyada hərbi zavodda partlayış olub

Rusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda partlayış baş verib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, hadisə Dzerjinski şəhərindəki Y.M. Sverdlov adına müəssisənin ammonal istehsalı sexində qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfər ölüb, üçü yaralanıb.

Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın olub, hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR