“Qarabağ” klubu Araz Abdullayevi transfer edib

“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə növbəti transferini reallaşdırıb.

Metbuat.az-ın məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək.

İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.

Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Moldovanın “Şerif” klubu üzərində 3:0 hesabı ilə qələbə qazanaraq iki oyunun nəticəsinə görə qrup mərhələsinə yüksəlib.

“Qarabağ” Avroliqanın qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.

Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR