Bakıda evin tavanı uçdu, 1 ailə çöldə gecələməli oldu (VİDEO)

Bakıda evin tavanı uçdu, 1 ailə çöldə gecələməli oldu (VİDEO)
01:36 13 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərbad halda olan mənzil gecə saatlarında bir ailəyə çətin anlar yaşadıb. Tavan uçub, 5 yaşlı körpə dağıntılar altında qalıb.

ANS TV-nin məlumatına görə, uçqun hadisəsi paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, “Dalğa” pioner düşərgəsində baş verib. Gecə vaxtı düşərgədə məskunlaşan Şuşa rayonundan məcburi köçkün düşmüş Cabbarovlar ailəsi xoş olmayan sürprizlə qarşılaşıb. Belə ki, evin yataq otağında tavandan düşən daşlar ailə üzvlərini çıxılmaz vəziyyətə salıb.

Hadisə zamanı Cabbarovlar ailənin 4 üzvü otaqda yatırmış. Bu zaman otağın tavanın üst qatı qoparaq onların üzərinə düşüb. Nəticədə 5 yaşlı Əli üz nahiyyəsindən xəsarət alıb.

Ailə başçısı Azər Cabbarov deyr ki, 20 ildir burada məskunlaşıblar. İndiyə qədər belə bir hadisə olmayıb. Baş verənlər ailə üzvlərini gecəni çöldə keçirməyə məcbur edib. İndi isə otaqda durmaq belə təhlükəyə çevrilib. Azər Cabbarov bu təhlkənin hələ də qaldığını bildirir. Bu arada tavandan düşən daş yağışına “İç xəbər”in çəkiliş qrupu da məruz qalıb.

Müsahibimin sözlərinə görə, 5 yaşlı oğlu Əli xəstə olduğundan valideynlərin yanında yatmalı olub. Gecə saat 4 radələrində tavanın üz qatı qoparay yatağın üzərinə tökülüb.

Şikayətçi Azər Cabbarov qeyd edir ki, yorğan üstündə olduğu üçün baş ona dəyməyib.

Yaşayış yerinin qəzalı vəziyyətdə olması ilə bağlı müsahibim artıq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edib. Ancaq ona cavab verən tapılmayıb.

Biz də adıçəkilən qurumla əlaqə saxladıq. Komitənin mətbuat xidmətindən bildirdilər ki, qurumun əməkdaşları gün ərzində həmin evdə olub. Evin qəzalı vəziyyətdə olması təsdiqini tapıb. Buna görə də həmin evdə yaşayan ailənin vaxtı dəqiq məlum olmasa da, gələcəkdə köçürülməsi nəzərədə tutulub. Odur ki, ailə üzvləri bir az da səbr edib, bu təhlükəli vəziyyətdə yaşamalı olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR