Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir? - AÇIQLAMA

"Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil".

Metbuat.az bildirir ki, bu sözləri Dövlət Agentliyinin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxiki İşlər Nazirliyi tərəfindən "ASAN" xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqəsiqələrinin tətbiqinə başlayıb. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN" xidmət mərkəzlərində və Sumqayıt regional mərkəzində başlanılacaq. Qarşıdakı günlərdə isə bütün mərkəzlərdə verilməsi nəzərdə tutulub:

"15 yaşı tamam olmuş vətəndaşlar əvvəlki qaydada 10 gün müddətində 5, 3 gün müddətində 25, 1 gün muddətində isə 35 manat ödəyərək yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib ola bilər.

15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün muddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".

E. Niftəliyev həmçinin qeyd edib ki, biometrik şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər ailə vəziyyəti dəyişdiyi təqdirdə yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində deyil:

"Onlar xidmətə yaxınlaşaraq sadəcə çip-i dəyişdirəcəklər".ednews.net

Alimlər süd vəzisi xərçənginin MÜALİCƏSİNİ TAPIBLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR