Bakıda yeni piyada keçidləri çəkilib - FOTOLAR

Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eynisəviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eynisəviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, qeyd edilən işlərə Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Mərhələli şəkildə Bakı şəhərinin ərazisində yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək, vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.

Alimlər süd vəzisi xərçənginin MÜALİCƏSİNİ TAPIBLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR