Almaniyada neft emalı zavodunda güclü yanğın baş verib / VİDEO

Almaniyanın Bavariya əyalətindəki neft emalı zavodunun ərazisində baş verən partlayış və güclü yanğın nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, təhlükə səbəbiylə 2 min nəfər təxliyə olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı alınsa da, tam söndürülməyib. Hadisənin səbəbləri araşdırılır.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR