Budapeşt meriyası Macarıstan paytaxtını velosipedçilər şəhərinə çevirəcək

Budapeştin nəqliyyat mərkəzi (BKK) ölkə paytaxtının velosipedçilər şəhərinə çevrilməsi layihəsi çərçivəsində velosipedçilər üçün yeni xəritə yaradılması təşəbbüsü ilə çıxış edib.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, həmin layihə çərçivəsində MOL Bubi velosiped kirayəsi çox populyarlaşıb. BKK-nın strateji planlarında ekoloji təmiz ictimai nəqliyyatın təbliği və şəhərdə yeni velosiped marşrutlarının yaradılması da nəzərdə tutulur.

MOL Bubi ictimai velosipedlərin kirayəsi sistemi keçən il metroda yenidənqurma işləri başlanandan bəri istifadəçilər arasında daha da populyarlaşıb. Bu günlərdə BKK Budapeştdə velosipedçilərin istifadə edə biləcəyi bütün marşrutları əhatə edən yeni velosiped xəritəsini dərc edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR