Əbu-Dabi polisi fövqəladə hallara qarşı yeni bölmə yaradır

Əbu-Dabi polisi nüvə silahı ilə bağlı fövqəladə vəziyyətlərə reaksiya üçün nüvə təhlükəsizliyi üzrə yeni struktur bölməsi yaradılmasını elan edib.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, yeni bölmədə cəmiyyətin və onun təsisatlarının müdafiəsi üçün peşəkar və səmərəli intellektual xidmətlər göstərilməsi nəzərdə tutulur.

Dafra polis departamentinin polis idarəsində (kriminal təhlükəsizlik şöbəsində) yerləşən yeni bölmənin vəzifələrinə fövqəladə hallarda nüvə təhlükəsizliyi planlarının hazırlanması, nüvə və radioaktiv risklərin reyestrinin yaradılması, bölmənin fəaliyyəti üçün maddi və insan ehtiyatları təqdim edilməsi məsələləri daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR