Fransalı futbolçu "Real"a keçməkdən imtina etdi

“Real” “Atletiko”nun müdafiəçisi Lukas Ernandesi transfer etmək istəyib.

Metbuat.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı futbolçu “kral klubu”nun onunla ciddi şəkildə maraqlanmasına baxmayaraq, hazırkı komandasında qalmağa qərar verib. İddiaya görə, “Real” 22 yaşlı oyunçu üçün 80 milyon avro ödəməyə hazır imiş.

Ancaq Fransa millisinin üzvü Madridin digər təmsilçisinə keçməkdən imtina edib. Qeyd edək ki, Lukasdan fərqli olaraq, kiçik qardaşı Teo Ernandes ötən mövsüm “Atletiko”nu “Real”a dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR