AB qış vaxtına keçid rejimini ləğv edir

Avropa Birliyi yay və qış vaxtına keçid rejimini ləğv etmək niyyətindədir. Bu barədə açıqlama verən Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bilidirib ki, yay və qış vaxtına keçid zamanı edilən saat dəyişikliyi avropalılar tərəfindən birmənalı qarşılanmır.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, məsələ ilə bağlı aparılan 4,6 milyon insanın qatıldığı sorğunun nəticələrinə görə, respodentlərin 84 faizi yay vaxtının dəyişməz olaraq qalmasını istəyir və bu nəzərə alınacaq. Qeyd edək ki, 1981-ci ildə edilən dəyişikliyə görə, Avropa ölkələrində hər il mart ayının son bazar günü saatın əqrəbləri bir saat irəli, oktyabr ayının son bazar günü isə bir saat geri çəkilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR