​İran İraqa döyüş raketləri göndərib

İran İraqa döyüş raketləri göndərib.

Metbuat.az-ın məlumatına görə, Röyters agentliyi BağdadTehran mənəbələrə istinadən xəbər verir ki, mərmilər İranın dəstəklədiyi qüvvələrə verilib. Onlar 700 km məsafədəki hədəfləri vura bilmək iqtidarındadır. Bu o deməkdir ki, raketlər İraqın cənub-qərbində yerləşdirilsə, onlar Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl-Əvivi hədəfə ala bilmək iqtidarında olacaq.

İddia edilir ki, Tehran raket transferi barədə qərarı 18 ay əvvəl yəni Birləşmiş Ştatlar prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra qəbul edib. Rəsmi Bağdad məsələ barədə açıqlama verməyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR