​Türkiyə HHQ İraqı bombaladı - 25 terrorçu məhv edildi

Türkiyə Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı mövqelərinə aviazərbələr endirib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Zap, Hakurk və Gara bölgələrinin bombalanması nəticəsində 25 terrorçu məv edilib. Qruplaşmaya məxsus döyüş məntəqələri sıradan çıxıb.

Qeyd edək ki, Mart ayından başlayan intensiv antiterror əməliyyatları nəticəsində çox sayda düşərgə terrorçulardan tamamilə təmizlənib. Əməliyyatlar davam edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR