BBC-də Azərbaycan reklamı (VİDEO)

BBC-də Azərbaycan reklamı (VİDEO)
02:31 13 Yanvar 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

“BBC World News” kanalında “Azerbaijan - This Journey Never Ends!” adlı Azərbaycanın gözəlliklərini əks etdirən yeni video-çarx yayımlanıb.

ANS PRESS-in məlumatına görə, reklam çarxının yaradılması üzərində Sergey Stanovkin başda olmaqla “BBC World News” telekanalının regional kommersiya nümayəndəliyinin komandası işləyib.

Ölkəmizə həsr edilmiş 30 saniyəlik videoda təbiətin müxtəlifliyi, paytaxtımızın və regionlarımızın gözəlliyi, ölkənin qədim tarixi və bir çox başqa məsələlər əks olunub, habelə “Odlar yurdu” adının yaranması tarixini açıqlamağa çalışıblar.

Bundan başqa, reklam çarxında əl ilə toxunmuş ənənəvi Azərbaycan xalçaları, məşhur Qarabağ cinsli atlar, zərdüştilik dövrünün qədim memarlıq abidələri nümayiş etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR