İrandan gələn yük avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb

Daxil olan əməliyat məlumatı əsasında Ukrayna Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində əməliyatçılar tərəfindən saxlanılıb və əməliyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib.

DGK-dan Metbuat.az-a verilən məlumata görə, bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub.

Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR