Bir ayda 1192 hərbi sursat, 7 mina zərərsizləşdirilib

Avqust ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Biləsuvar, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, Lənkəran, Masallı, Tərtər rayonlarında və Gəncə şəhəri ərazisində 538 min 518 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 1192 ədəd partlamamış hərbi sursat və 7 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, əməliyyatlara 483 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 530 milyon 54 min 169 kvadratmetr ərazi təmizlənib, 798 min 295 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Avqustda Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin hər birindən 10 müraciət daxil olub. Müraciətlər əsasında 7610 kvadratmetr ərazi təmizlənib. İyirmi ədəd partlamamış hərbi sursat və altı ədəd tank əleyhinə mina aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ötən ay bir mina hadisəsi qeydə alınıb, nəticədə iki mülki vətəndaş bədən xəsarətləri alıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR