Ankarada atışma: ölən var

Ankarada atışma: ölən var
02:46 13 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin paytaxtı Ankarada ölümlə nəticələnən silahlı insident baş verib.

ANS PRESS-in "İHA"ya istinadən verdiyi məlumata görə, Çankaya rayonu Beysukent yaşayış massivində 3 nəfər qarət məqsədilə bir evə yaxınlaşıb. Onlardan 2 nəfəri evə girib, biri isə gözətçilik məqsədilə bayırda gözləyib.

Hadisə yerinə gələn polislə gözətçilik edən Metin Ö. Arasında atışma baş verib. Polislə atışma nəticəsində yaralanan Metin Ö. Hadisə yerindən qaçmağa müvəffəq olsa da, polislər evdə olan 2 qarətçini və onlara yardım edən evin qulluqçusunu yaxalayıb. Daha sonra evə yaxın küçələrin birindən yaralanaraq qaçan Metin Ö.nün cəsədi aşkarlanıb.

Metin Ö.nün çox sayda cinayətə görə polis tərəfindən axtarışda olduğu məlum olub.

Faktla bağlı araşdırma davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR