Neftçilər prospekti 3 günlük bağlanır - Sürücülərin diqqətinə

Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.

Metbuat.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR