“İnstagram” fenomeni məşhur milyarderin gəmisində ÖLÜ TAPILDI - FOTOLAR

“İnstagram”ın ən çox izlənilən fenomenlərindən biri olan avstraliyalı Sniead Mcnamara Yunanıstanın Kelofonya limanında, məşhur milyarderin gəmisində ölü olaraq tapılıb.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, 20 yaşlı Mcnamaranın “Mayan Queen IV” adlı gəmidə 4 aydır işlədiyi bildirilib.

Cəsədi gəminin arxa hissəsində tapılan gənc qadının ölüm səbəbi hələ də bilinmir. Nəhəng gəminin Avropa sahillərini gəzdiyi, Mcnamaranın da Yunanıstanda olan qardaşını ziyarət etdiyi açıqlanıb.

Yunan polisi gənc qadının ölümü ilə bağlı araşdırmalara başlayıb.




https://metbuat.az/news/1017522/dunya-bu-cutlukden...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR