200 illik tarixi muzey yanıb kül oldu - FOTOLAR

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən 200 illik Beynəlxalq muzey yanıb.

Metbuat.az "Milliyyet.com"a istinadla bildirir ki, yanğın zamanı muzeydə 20 milyondan çox əsər olub.

Dəhşətli hadisənin görüntülərini dünya televiziyaları canlı yayımlayıb.

Braziliya prezidenti Mişel Temer "Tvitter" hesabından "Braziliyalılar üçün çox kədərli gündür. Tariximizin dəyəri binanın gördüyü zərərlə ölçülməz"- sözlərini paylaşıb.

Muzeydə Braziliya tarixi ilə yanaşı Misirə də aid minlərlə arxeoloji əsərlər olub.

Eyni zamanda, dinozavrlara aid sümüklər, Amerika qitəsində tapılan 12 min illik kadın skeleti də daxil olmaqla dəyərli parçalar var idi.

Aysel Yaqubqızı / Metbuat.az

ABŞ-da gecə klubunda atışma baş verib - Ölən və yaralananlar var




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR