Bu abituriyentlər imtahanda... - Ağstafa

Ağstafa rayonuna səfərimiz çərçivəsində bu ilki qəbul imtahanlarında yüksək nəticələr göstərən bir neçə şagirdlə görüşdük.

Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov Metbuat.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, rayonda və kəndlərdə elə bir məktəb yoxdur ki, bu il ali məktəbə qəbul olan məzunu olmasın.

Rayon 2 saylı orta məktəbin məzunu Əfsun Hüseynov bu ilki imtahanlarda ən yüksək balı yığıb.

O, 685 balla Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə daxil olub.

Uşaqlıqdan ən böyük arzusunun həkim olmaq olduğunu bildirən Əfsun gələcək il orta məktəbdən məzun olacaq şagirdlərə səbrli və əzmli olmağı tövsiyə edir. O bildirir ki, universitetə hazırlaşarkən istirahətinə də vaxt ayırıb. Əfsun qeyd edir ki, gərək kiçik yaşlardan uşaqlarda gələcək kariyerası ilə bağlı düşüncə olsun.

İsmayılova Aybəniz Hümbət Əlizadə adına Köçəsgər 1 nömrəli orta məktəbin məzunudur.

Aybəniz qızıl medalçıdır, o, dalbadal 3-cü və 2-ci yeri tutduqdan sonra bu il ədəbiyyat üzrə olimpiadada birinci yerə layiq görülüb.

Aybəniz 623 balla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

O qeyd edir ki, istirahət edəndə də kitab oxuyur.

Aybəniz indidən yaradıcılıqla məşğuldur və gələcəkdə tanınmış yazıçı olmaq istədiyini bildirib.

Biz də bütün tələbə adı qazanan abituriyentləri təbrik edirik!

Tural İsmayılov/ Metbuat.az

Ağstafa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR