Azərbaycan kifayət qədər güclü dövlətdir və baş verən hər bir hadisənin qarşısını almağa qadirdir - Pənah Cahangirov

Azərbaycanda radikalizmlə bağlı görüşlər keçirilirsə, dövlət orqanları tərəfindən narahatlıq bildirilirsə, bu, o demək deyil ki, dövlətin bu sahədə nə isə zəifliyi var.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Pənah Cahangirov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm" mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca radikalizm olub: "Radikalizm qədim Roma və Yunanıstanda, çar Rusiyasında da olub. Cəmiyyət nə qədər olacaqsa, radikalizm də olacaq. Bu, dini radikalizm və digər formalarda ola bilər. Yaşadığımız 21-ci əsrdə Azərbaycan üçün təhlükə törədən dini radikalizmdir. Bu gün biz buna görə narahatıq. Əmin olun ki, 22-ci əsrdə də Azərbaycanda radikalizmin digər formaları olacaq, dövlət orqanları və cəmiyyət onunla mübarizəyə qoşulacaq. Təkcə Azərbaycanda deyil, digər dövlətlərdə də mütəmadi olaraq, müxtəlif hadisələr baş verir. Dövlətin gücü hər hansı bir xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir. Hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və baş verən hər bir hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi".

BAKI: Avtobusda yer üstündə DAVA - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR