Modelliyin sonumu gəlir? Heç biri “insan” deyil/ FOTOLAR

Onlar məşhur bir ad və ya podiumda yeriyən bir model deyil. Hətta onlar insan belə deyil.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, fransız moda evi Balmain moda dünyasının qəlibləşmiş standartlarını tərk edərək yeni bir strategiya izləyir. Moda evi bu dəfə məhsullarını tanıtmaq üçün həqiqi model əvəzinə “digital model”dən istifadə edib.

Markanın kreatif direktoru Oliver Rousteingin son məhsul cədvəli “virtual ordu”dan ibarətdir.

Balmain öz internet saytında “ hər kəs Balmain ordusuna qatıla bilər. Onlar sadəcə gözəlliyimizi əks etdirən yeni virtual ikonlarımızdır” deyə yazıb.

Modellərin geydiyi bütün geyimlər 3D geyimlər yaradan şirkət “CLO Virtual Fashion” tərəfindən dizayn edilib.

İlk digital model Şudunun “İnstagram”da 141 mindən çox izləyicisi var. Margot və Zhi adı verilən modellər isə Balmain üçün xüsusi olaraq hazırlanıb.

3D modelləmə texnikası istifadə olunaraq yaradılan modelləri həqiqi modellərdən ayırmaq mümkünsüzdür. Bu virtual model modası üçün “ moda sənayesinin sonumu gəlir?” kimi şərhlər bildirilib.

3

4

5

2

7

https://metbuat.az/news/1016939/ombasindaki-sise-g...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR